Finss.az xəbər verir ki, HSBC-nin İsveçrə bölməsi tənzimləyicilərin güclənən nəzarəti səbəbindən Yaxın Şərqdən olan 1000-dən çox varlı müştəri ilə işini dayandıracaq. Financial Times-ın məlumatına görə, bank Səudiyyə Ərəbistanı, Qətər, Livan və Misirdən olan, əksəriyyətinin aktivləri 100 milyon dollardan çox olan müştərilərlə əməkdaşlığa son verəcək. Müştərilərə artıq xidmətlərin dayandırılması barədə bildirişlər göndərilib və yaxın aylarda hesablarını digər maliyyə qurumlarına köçürmələri barədə rəsmi məktublar təqdim olunacaq.