BİZNES

26 Avqust

FHN Dağ-Mədən Nəzarəti Agentliyi diaqnostika və ölçmə cihazlarının satınalınması üzrə tender elan etdi

Finss.az - 26 avqust 2025-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi diaqnostika və ölçmə cihazlarının satınalınması üzrə müsabiqə elan edib.

Satınalmanın ümumi ehtimal olunan dəyəri 97.221,42 manat təşkil edir.

Müsabiqə çərçivəsində aşağıdakı avadanlıqlar alınacaq:

  • ultrasəs qalınlıqölçən,
  • ultrasəs sərtlik ölçən,
  • müxtəlif tozların kütlə cəmləşmələrini ölçən cihaz,
  • elektromaqnit sahə ölçən,
  • maqnit toz defektoskopu,
  • vizual yoxlama dəsti.

Bütün cihazlar pasport, istismar sənədi və kalibrasiya sertifikatı ilə təmin olunmalı, zəmanət şərtləri mövcud olmalıdır.

Təkliflərin qəbulu və zərflərin açılışı 09 sentyabr 2025-ci il saat 19:00-da baş tutacaq.

İştirakçılar üçün iştirak haqqı 194,44 manat, istifadə haqqı isə 25 manat müəyyən edilib. Ödənişlər geri qaytarılmır.

Əlavə məlumat üçün keyfiyyət üzrə menecer İmanov Sovet ilə [email protected] elektron poçt ünvanı və ya +994 12 512 15 70 (1061) telefonu vasitəsilə əlaqə saxlamaq mümkündür.