BİZNES

26 Avqust

2025-ci ilin yanvar–iyununda Bakı-Tbilisi-Ceyhan (BTC) ilə 13,924 milyon ton neft nəql edilib

Bu ilin yanvar–iyun aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzit neftin həcmi 13,924 milyon ton təşkil edib.

Finss.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verilir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 543,8 min ton və ya 3,7% azalıb. 2024-cü ilin ilk 6 ayında BTC ilə 14,5 milyon ton neft nəql edilmişdi.

Hesabat dövründə neft boru kəməri ilə cəmi yük daşımalarının həcmi 18,513 milyon ton olub ki, bu da ötən ilə nisbətən 725,6 min ton və yaxud 3,8% azalma deməkdir.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ümumi uzunluğu 1 768 km-dir: 443 km Azərbaycan, 249 km Gürcüstan, 1 076 km isə Türkiyə ərazisindən keçir. Boru kəmərinin inşası 2003-cü ilin aprelində başlamış, 2005-ci ilin 18 mayında ilk neft yüklənmişdir.

BTC Co. şirkətində pay bölgüsü (2002-ci il avqust):
bp (30,1%), AzBTC (25%), MOL (8,9%), Equinor (8,71%), ТРАО (6,53%), Eni (5%), Total (5%), Itochu (3,4%), Inpex (2,5%), ExxonMobil (2,5%), ONGC (2,36%).

Fuad Mədətov
Finss.az