Finss.az xəbər verir ki, Chipotle Mexican Grill və pilotsuz uçuş aparatları ilə çatdırılma üzrə ixtisaslaşan Zipline şirkəti ABŞ-ın Texas ştatının Dallas şəhərində yeni sınaqlara başlayıb.
Müştərilər Zipline tətbiqi vasitəsilə sifariş verə biləcək, dron isə yeməyi restorandan götürüb birbaşa göstərilən ünvana çatdıracaq.
Chipotle-nin prezidenti və baş texnologiya direktoru Kurt Qarner bildirib ki, dron çatdırılmasının üstünlüyü əlavə infrastruktur tələb etməməsidir. Onun sözlərinə görə, bir restoran dronlarla bütöv bir əraziyə xidmət göstərə bilər.
Sınaqlar uğurlu olarsa, xidmətin coğrafiyası genişlənəcək.