Finss.az – 2025-ci ilin iyun ayında Azərbaycan auditorları ümumilikdə 562 audit müqaviləsi bağlayıb. Auditorlar Palatasının məlumatına görə:
-
10 müqavilə icra olunub
-
328 müqavilə üzrə rəy verilib
-
224 müqavilə icradadır
Müqavilələrin növləri:
-
Maliyyə-təsərrüfat əməliyyatlarının auditi (MHA): 483
-
Nizamnamə kapitalının auditi: 19
-
Vergi hesabatlarının auditi: 2
-
Əmlakın qiymətləndirilməsi üzrə təsdiq: 5
-
Məsləhət xidməti: 21
-
Müəssisələrdə mühasibat xidmətləri: 1
-
Digər auditor xidmətləri: 31
Maliyyə göstəriciləri:
-
509 müqavilənin ümumi dəyəri: 4,95 milyon manat
-
Orta müqavilə məbləği: 9 743,9 manat
-
Məcburi audit: 60,9%
-
Könüllü audit: 39,1%
Monitorinq nəticəsində bəzi müqavilələrin minimum həddən yuxarı və aşağı qiymətlərlə bağlandığı müəyyən olunub. 10 auditor təşkilatı və 1 sərbəst auditor 12 müqaviləni yüksək qiymətlərlə rəsmiləşdirib. Digər tərəfdən, “ASON AUDİT” və “RR AUDIT” MMC-lər və sərbəst auditor Bilal Bilallının bağladığı 4 müqavilə minimum həddən aşağı olub.
Auditorlar Palatasının qərarı:
-
Yüksək məbləğli müqavilə bağlayan auditorlara təşəkkür məktubu
-
Qaydaları pozan auditorlara şifahi xəbərdarlıq
-
Gələcəkdə təkrarlanan hallarda sərt intizam tədbirləri