Finss.az xəbər verir ki, Honq Konq Birjasının operatoru olan Hong Kong Exchanges Clearing Ltd. (HKEx) ikinci rübdə xalis mənfəətini 41% artıraraq, həm rəqəmlər, həm də gəlirlər yeni rekorda imza atıb.
HKEx-in press-relizinə görə, 2025-ci ilin aprel-iyun aylarında xalis mənfəət keçən ilin eyni dövründəki 3,16 milyard dollarla müqayisədə 4,44 milyard HK dolları (569 milyon dollar) təşkil edib.
Gəlir 33% artaraq 7,22 milyard dollara çatıb.
İkinci rübdə HKEx-də qiymətli kağızların orta gündəlik ticarət dövriyyəsi təxminən iki dəfə artaraq 237,7 milyard dollar təşkil edib.
HKEx əməliyyat xərcləri son rübdə 5% artıb.