2025-ci ilin yanvar–iyul aylarında Azərbaycanda rezin və plastik kütlə məmulatlarının istehsalı 334,9 milyon manat olub. İstehsal ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% artıb.
Finss.az – Bu ilin yanvar–iyul aylarında Azərbaycanda rezin və plastik kütlə məmulatlarının istehsalı 334,9 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% çoxdur.
İstehsalın əsas istiqamətləri üzrə dinamika belə olub:
-
Plastmas çubuqlar, millər və profillər – 5 805,1 ton (+37,4%).
-
Sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqlar – 21 860,7 ton (–0,2%).
-
Polietilendən kisə və çantalar – 9 429,1 ton (–19%).
-
Plastmas butulkalar, flakonlar və oxşar məmulatlar – 1 301,1 milyon ədəd (+18,5%).
-
Polietilendən başqa digər plastmas kisələr və çantalar – 3 749,2 ton (+52,5%).
-
Döşəmə, divar və tavan üçün plastmas kütlədən örtüklər (rulon və plitka) – 249,9 min kv.m (+51,3%).
-
Digər plastmasdan tikinti məmulatları – 1 560 ton (+46,6%).
-
Məsaməli plastmas kütlədən plastinlər və lövhələr – 1 732,5 ton (–5,2%).
Ümumilikdə, plastik sənayesində ən yüksək artım plastmas kisə və çantalar (polietilendən başqa) və plastmas örtüklər istehsalında qeydə alınıb.
Mənbə: Dövlət Statistika Komitəsi