BİZNES

20 Avqust

S&P Global ABŞ-ın kredit reytinqini AA+ səviyyəsində təsdiqlədi – proqnoz sabit qaldı

SP Global ABŞ-ın kredit reytinqini "AA+" səviyyəsində təsdiqlədi

Finss.az xəbər verir ki, beynəlxalq reytinq agentliyi SP Global ABŞ-ın uzunmüddətli kredit reytinqini “AA+” səviyyəsində təsdiqləyib və proqnozu “sabit” olaraq saxlayıb.

Agentliyin hesabatında qeyd olunur ki, ABŞ-ın yüksək reytinqi bir sıra güclü amillərlə dəstəklənir. Bunlara iqtisadiyyatın sabitliyi və şaxələndirilməsi, institusional üstünlüklər, effektiv nəzarət və tarazlıq sistemi, həmçinin etibarlı pul-kredit siyasəti daxildir. Bundan başqa, ABŞ-ın dünyanın aparıcı ehtiyat valyutasını – dolları – emissiya edən ölkə kimi unikal statusu da reytinqi gücləndirən əsas amillərdən biridir.

Bununla yanaşı, SP mənfi faktorlar sırasında dövlət borcunun yüksək səviyyəsinibüdcə kəsirini göstərib.

Hesabatda bildirilib ki, ABŞ hökumətinin idxal rüsumlarını artırması büdcə gəlirlərini yüksəldəcək və bu da yaxın dövrdə vergi endirimləri və dövlət xərclərinin artmasından doğan mənfi təsirləri qismən kompensasiya edəcək.

SP Global-ın press-relizində deyilir:
“Rüsumların artırılmasını nəzərə alaraq, biz gözləyirik ki, tariflərdən əldə olunacaq əhəmiyyətli gəlirlər ümumilikdə yeni büdcə qanun layihəsinin yarada biləcəyi mənfi nəticələri balanslaşdıracaq”.

Ekspertlər hesab edirlər ki, ABŞ-ın “AA+” reytinqinin saxlanılması beynəlxalq maliyyə bazarlarında sabitlik baxımından mühüm əhəmiyyət daşıyır və investorlar üçün müsbət siqnal rolunu oynayır.