Novo Nordisk ABŞ-da Ozempic dərmanının qiymətini xeyli endirdi
Finss.az xəbər verir ki, Danimarkanın əczaçılıq şirkəti Novo Nordisk ABŞ-da arıqlayan Ozempic dərmanının qiymətini əhəmiyyətli dərəcədə aşağı salıb.
CNBC-nin məlumatına görə, bir aylıq müalicə kursu (dərmanın üç dozası) sığorta ilə alınarsa, əvvəllər 1,350 dollar olan qiymət indi 499 dollara endirilib. Yeni qiymət həm Novo Nordisk-in rəsmi saytında, həm də GoodRx şəbəkəsinin 70 mindən çox aptekində tətbiq olunacaq.
Qiymətlərin aşağı salınması qərarı, dərman istehsalçılarına qarşı artan siyasi təzyiq fonunda qəbul edilib. ABŞ prezidenti Donald Tramp əvvəllər Novo Nordisk və digər dərman şirkətlərinə məktublar göndərərək, dərmanların satış qiymətlərini azaltmağa çağırmışdı.
Bu xəbərin təsiri ilə Novo Nordisk səhmləri bazar ertəsi günü 6,4% bahalaşıb. Qeyd edək ki, ilin əvvəlindən Avropada şirkətin kapitallaşması 44% azalaraq 1,45 trilyon Danimarka krona (təxminən 230 milyard dollar) düşüb.
Bu addım ABŞ-da xəstələr üçün müalicə xərclərinin azalmasına və dərmana çıxış imkanlarının genişlənməsinə imkan yaradacaq.