BİZNES

20 Avqust

S&P 500 şirkətlərinin 80%-dən çoxu ikinci rübdə gözləniləndən daha yaxşı mənfəət əldə etdiyini bildirdi.

Finss.az xəbər verir ki, Goldman Sachs Group-un analitiklərinin fikrincə, korporativ sektor tariflərə uyğunlaşdığı və dolların zəifləməsindən faydalandığı üçün SP 500 şirkətləri ötən rübdə mənfəət gözləntilərini əhəmiyyətli dərəcədə üstələdi. “Bloomberg” xəbər verir.

SP 500 şirkətlərinin 92 faizi indiyədək ötən rüb üçün səhm başına qazanc barədə məlumat verib və onların 81,6 faizi konsensus təxminlərini üstələyib.