SoftBank Intel-ə 2 milyard dollar sərmayə yatırır
Finss.az – Yaponiyanın texnologiya və investisiya nəhəngi SoftBank Group, Amerika çip istehsalçısı Intel Corp.-a 2 milyard dollar sərmayə qoyacağını açıqlayıb. LSEG-in məlumatına görə, bu addımla SoftBank, Intel-in altıncı ən böyük səhmdarı olacaq.
Müqavilədən sonra bazarda maraqlı dinamika müşahidə olunub:
-
SoftBank səhmləri çərşənbə axşamı 4% ucuzlaşıb.
-
Intel səhmləri isə əsas ticarətdə 3,7% ucuzlaşsa da, əlavə sessiyada 5,4% bahalaşıb.
Sövdələşmə, ABŞ hökumətinin Intel-in 10%-lik səhmlərini ala biləcəyi barədə yayılan xəbərlərin fonunda həyata keçirilib. Bundan öncə Intel-in baş direktoru Lip-Bu Tan, Çin şirkətləri ilə əlaqələrə görə istefa tələbi ilə bağlı ABŞ prezidenti Donald Trampla görüşüb.