Finss.az – Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondunun meqalayihələrdəki payları 8 milyard dollar azalıb
Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu (PİF) ölkədəki iri layihələrdəki paylarının dəyərini 8 milyard dollar azaldıb. Bu fond 2024-cü ilin sonuna qədər Səudiyyənin meqalayihələrinə yatırdığı investisiyaların dəyərini 211 milyard Səudiyyə riyalı (56 milyard dollar) qiymətləndirib ki, bu da ötən ilə nisbətən 12,4% azdır.
PİF beş meqalayihədə, o cümlədən Neom və ölkənin şimal-qərbindəki xüsusi iqtisadi zonada iştirak edir. Fondun idarə etdiyi ümumi aktivlər keçən il 19% artaraq 913 milyard dollara çatıb, lakin aktivlərin illik gəlirliliyi 8,7%-dən 7,2%-ə düşüb.
2024-cü ildə PİF xalis mənfəəti 60% azalararaq 6,9 milyard dollar olub. Azalmaya yüksək faiz dərəcələri, inflyasiya və bəzi layihələrin dəyərinin silinməsi səbəb göstərilib.