Finss.az xəbər verir ki, Böyük Britaniya iqtisadiyyatı 2025-ci ilin ikinci rübündə əvvəlki üç ayla müqayisədə 0,3% artım göstərib. Bu barədə ölkənin Milli Statistika İdarəsinin (ONS) ilkin məlumatlarında qeyd olunur.
Analitiklər isə orta hesabla cəmi 0,1% artım proqnozlaşdırırdılar (Trading Economics).
Birinci rübdə ÜDM-in artımı 0,7% olmuşdu.
Sektorlar üzrə göstəricilər:
-
Xidmət sektoru – +0,4%
-
Tikinti sektoru – +1,2%
-
İstehsal sektoru – –0,3%
Xərclər və investisiyalar:
-
İstehlak xərcləri – +0,1%
-
Dövlət xərcləri – +1,2%
-
Biznes investisiyaları – –4%
Xarici ticarət:
-
İxrac – +1,6%
-
İdxal – +1,4%
Ümumilikdə, 2025-ci ilin ikinci rübündə Britaniya iqtisadiyyatı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artım nümayiş etdirib.