Bu ilin yanvar-iyun aylarında Qarabağ və Şərqi Zəngəzurda sənaye istehsalı 233,8 milyon manata çatıb.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir ki, 2025-ci ilin ilk yarısında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 233,8 milyon manatlıq sənaye məhsulu istehsal edilib və xidmətlər göstərilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72,8 milyon manat və ya 45,2% çoxdur.
Hesabat dövründə Qarabağ iqtisadi rayonunda istehsal həcmi 192,3 milyon manat təşkil edib. Sənaye üzrə ÜDM-in bölgüsü belə olub: Ağcabədi – 48,5 milyon manat, Bərdə – 36,1 milyon manat, Ağdam – 32,8 milyon manat, Füzuli – 26,4 milyon manat, Tərtər – 20,7 milyon manat, Şuşa – 20,6 milyon manat, Xankəndi – 4,6 milyon manat, Xocavənd – 2,2 milyon manat, Xocalı – 392 min manat, Ağdərə – 40,4 min manat.
Şərqi Zəngəzur iqtisadi rayonunda isə istehsal həcmi 41,5 milyon manat olub. Ən çox istehsal Laçında – 27,5 milyon manat təşkil edib. Digər rayonlar üzrə göstəricilər: Kəlbəcər – 7,4 milyon manat, Zəngilan – 3,1 milyon manat, Qubadlı – 1,8 milyon manat, Cəbrayıl – 1,7 milyon manat.
Qeyd edək ki, ümumilikdə ölkədə 2025-ci ilin yanvar-iyun aylarında sənaye məhsulu istehsalı 31,2 milyard manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,9% azdır. Neft-qaz sektorunda istehsal 3,1% azalıb, qeyri-neft-qaz sektorunda isə 6,3% artıb.
Fuad Mədətov
Finss.az
Əlavə bax: Ödəniş kartları üzrə mütəxəssis vakansiyası – Mərkəzi Bank