BİZNES

15 Avqust

2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi – Azərbaycan

Finss.az - 2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi 2024-cü ilin iyul ayına nisbətən 105,0%, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 106,2%, qeyri-qida məhsulları üzrə 102,1%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 105,6% təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,9%, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,8% təşkil edib.

Qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 99,5%, yanvar-iyul aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 106,6% təşkil edib.

Müəllif: Fuad Mədətov | Finss.az

Əlavə bax: 15 avqust 2025 – NYMEX-də təbii qaz fyuçerslərinin qiyməti artdı