BİZNES

14 Avqust

Naxçıvanda ixrac üçün mənşə sertifikatlarının sayı 22% artıb

2025-ci ilin yanvar-iyul ayları ərzində Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə istehsal olunan məhsulların ixracı məqsədilə 254 mənşə sertifikatı verilib.

Finss.az-ın Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin eyni dövründə verilmiş 208 mənşə sertifikatı ilə müqayisədə 22,1% çoxdur.

Məlumatda qeyd olunur ki, hesabat dövründə verilmiş mənşə sertifikatlarından daxilolmalar 2024-cü ilin yanvar-iyul aylarına nisbətən 22,1% artıb.

Fuad Mədətov
Finss.az

Əlavə bax: Eastman Kodak borclarını ödəmək qabiliyyətini şübhə altına alır