Finss.az xəbər verir ki, Hindistanda istehlak qiymətləri iyunda 2,1% artdıqdan sonra iyul ayında illik müqayisədə cəmi 1,55% yüksəlib. Bu, inflyasiyanın 1,54% olduğu 2017-ci ilin iyun ayından bəri ən yavaş artım tempidir və indeks tərtib edildikdən sonra ən aşağı səviyyə hesab olunur.
Trading Economics sorğularına əsasən, analitiklər qiymət artımının 1,76%-ə qədər yavaşlayacağını proqnozlaşdırmışdılar. Lakin ərzaq qiymətləri iyulda 1,76% azalıb, tərəvəz qiymətlərində isə 20,7%-lik ciddi ucuzlaşma qeydə alınıb.
Nəqliyyat və rabitə xidmətlərinin qiymət artımı 3,9%-dən 2,12%-ə, kommunal xidmətlər üzrə isə 3,24%-dən 3,17%-ə enib. Ölkədə istehlak qiymətləri iyul ayında aylıq müqayisədə 0,9% artıb, iyunda isə bu göstərici 0,6% olmuşdu.