Finss.az xəbər verir ki, VEB.RF-nin bir hissəsi olan Sk Capital investisiya fondu Softline Group-un səhmlərinin 10%-dən çoxunu əldə edib. Qrupun açıqlamasında bildirilir ki, səhmlər kvazi xəzinə paketindən alınır və satışın bağlanması müqavilə imzalandıqdan sonra iki il ərzində həyata keçiriləcək. Sövdələşmənin dəqiq bağlanma tarixi açıqlanmayıb.
Açıqlamada qeyd olunur ki, "Şirkətlər arasında bağlanan müqavilə İT sektorunun inkişafına, iri texnoloji holdinqlərin formalaşmasına və Rusiya Federasiyasının texnoloji suverenliyinin təmin edilməsinə yönəlmiş Sk Capital birbaşa investisiya fondunun strateji prioritetlərini tam əks etdirir."
Softline Group (PJSC Softline) bir neçə klasterdən ibarət investisiya və texnologiya holdinqidir. Qrup süni intellekt və proqram təminatının inkişafı, yüksək texnologiyalı avadanlıqların istehsalı, informasiya təhlükəsizliyi həllərinin hazırlanması və kompleks İT layihələrinin həyata keçirilməsi sahələrində fəaliyyət göstərir.
Şirkətin qiymətli kağızları Moskva birjasında ticarət olunur. Ən böyük səhmdar olan Atalaya MMC Softline-un səhmlərinin 42,17%-nə sahibdir.