BİZNES

12 Avqust

Bu ilin ilk yarısında AÇG layihəsində əməliyyat xərcləri artdı, kapital xərcləri azaldı

Bu ilin birinci yarısında bp və tərəfdaşları tərəfindən Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda fəaliyyətlərə təxminən 259 milyon ABŞ dolları əməliyyat xərcləri558 milyon ABŞ dolları əsas kapital xərcləri sərf edilib.

Bu barədə Finss.az bp-yə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövründə əməliyyat xərcləri 243 milyon dollar, əsas kapital xərcləri isə 698 milyon dollar olmuşdu. İllik müqayisədə əməliyyat xərclərində 6,6% artım, əsas kapital xərclərində isə 20%-dən çox azalma qeydə alınıb.

AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin podratçı tərəfləri adından “BP Exploration (Caspian Sea) Limited” şirkəti operatordur.

AÇG-də iştirak payları belədir:

  • bp – 30.37%
  • SOCAR – 31.65%
  • MOL – 9.57%
  • İNPEKS – 9.31%
  • EksonMobil – 6.79%
  • TPAO – 5.73%
  • İTOÇU – 3.65%
  • ONGC Videş – 2.92%

Fuad Mədətov
Finss.az