BİZNES

11 Avqust

İranın Azərbaycana qeyri-neft məhsul ixracı 4 ayda 24,4% azalıb

İranın Gömrük Administrasiyasının statistik məlumatına əsasən, 2025-ci ilin 21 mart – 22 iyul tarixləri arasında İranın Azərbaycana qeyri-neft məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 24,4%, çəki baxımından isə 7,11% azalıb.

Finss.az xəbər verir ki, bu dövrdə qeyri-neft məhsullarının dəyəri 178 milyon dollar, çəkisi isə 274 min ton təşkil edib.

Keçən ilin analoji dövrü ilə müqayisə

2024-cü ilin 20 mart – 21 iyul tarixlərində İran Azərbaycana təxminən 236 milyon dollar dəyərində, 296 min ton qeyri-neft məhsulu ixrac edib.

İxrac olunan əsas məhsullar

İran əsasən Azərbaycana kənd təsərrüfatı və ərzaq məhsulları, sənaye məhsulları, neft-kimya və kimyəvi məhsullar ixrac edib.

Azərbaycan-İran ticarət dövriyəsi

4 ay ərzində iki ölkə arasında ticarət dövriyəsi 182 milyon dollar276 min ton təşkil edib. Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə dəyər baxımından 25%, çəki baxımından isə 7,5% azalıb.

İranın ümumi qeyri-neft ixracı

İranın Gömrük Administrasiyasının ümumi hesabatına görə, 4 ay ərzində ölkənin qeyri-neft məhsul ixracı 16,5 milyard dollar dəyərində və 48,8 milyon ton çəkidə olub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 5,51%, çəki baxımından 1,46% azalma deməkdir.

Fuad Mədətov
Finss.az