İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın avqust sayını açıqlayıb. Finss.az xəbər verir ki, hesabata görə, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin eyni dövrünə nisbətən 11,4% artaraq 2,09 milyard ABŞ dolları təşkil edib.
Aqrar ixracda əhəmiyyətli artım
Bu dövrdə yeyinti məhsullarının ixracı 23,9% artaraq 689 milyon dollar olub.
Müqayisəli artımlar:
- Şəkər – 10,9 milyon dollar (+55,1%)
- Meyvə-tərəvəz – 122,6 milyon dollar (+31,9%)
- Kimya sənayesi məhsulları – 45,2 milyon dollar (+30,4%)
- Qara metallar və məmulatlar – 8,6 milyon dollar (+19,1%)
- Pambıq iplik – 2,6 milyon dollar (+18,2%)
- Çay – 317 min dollar (+8,8%)
Aqrar və aqrar-sənaye ixracı
2025-ci ilin ilk 7 ayında:
- Aqrar məhsullar – 551,4 milyon dollar (+27,9%)
- Aqrar-sənaye məhsulları – 178,8 milyon dollar (+7,3%)
- Bütövlükdə aqrar və aqrar-sənaye məhsulları – 730,2 milyon dollar (+22,1%)



