BİZNES

08 Avqust

ABŞ-ın neft ehtiyatları bir həftə ərzində 3,03 milyon barel azalıb

Finss.az xəbər verir ki, ABŞ-ın kommersiya xam neft ehtiyatları keçən həftə 3,03 milyon barrel azalaraq 423,7 milyon barrelə düşüb, Energetika Nazirliyinin həftəlik hesabatında deyilir.

"Trading Economics"in məlumatına görə, ekspertlər orta hesabla 1,1 milyon barel azalma gözləyirdilər.

Avqustun 1-də bitən həftədə benzin ehtiyatları 1,32 milyon barrel, distillələr isə 565 min barel azalıb.

Nyu-York Ticarət Birjasında (NYMEX) ticarət edilən neftin saxlandığı Cushing terminalında ehtiyatlar keçən həftə 453 min barel artıb.