BİZNES

07 Avqust

Dövlət Neft Fondu proqnoz üzrə transfert öhdəliyini tam yerinə yetirib

Bu ilin ilk yeddi ayında Dövlət Neft Fondundan (ARDNF) büdcəyə transfert tam icra edilib.

Finss.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə Dövlət Neft Fondundan transfert 8,4 milyard manat təşkil edərək proqnoza qarşı 100,0 faiz icra edilib.

Qeyd edək ki, 2025-ci il üzrə ARDNF büdcəyə 14,5 milyard manat vəsait köçürməlidir.

Fuad Mədətov
Finss.az