BİZNES

07 Avqust

Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 12,5 faiz artıb

2025-ci il avqustun 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 12,5% artaraq 21.630 nəfərə çatıb.

Finss.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, eyni dövrdə aktiv ƏDV ödəyicilərinin sayı 12,8% artaraq 589-a, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 10,4% artaraq 5.999-a yüksəlib.

Fuad Mədətov
Finss.az