Finss.az - Dövlət Gömrük Komitəsi məlumatına verir ki, cari ilin yanvar-iyun aylarında Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 140,2 milyon ABŞ dolları təşkil edib.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 93,4 milyon dollar və ya 1,7 dəfə azdır.
Hesabat dövründə Türkmənistanla aparılan xarici ticarət əməliyyatları Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin cəmi 0,57 faizini əhatə edib.
Altı ay ərzində Azərbaycandan Türkmənistana ixrac olunan məhsulların dəyəri 30,3 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 36,8 faiz azalma deməkdir. Türkmənistandan Azərbaycana idxal olunan məhsullar isə 109,8 milyon dollar həcmində olub və bu da illik müqayisədə 40,8 faiz azdır.
Qeyri-neft sektoru üzrə göstəricilər də azalma ilə müşayiət olunub. Belə ki, 2025-ci ilin ilk altı ayında Azərbaycan Türkmənistana 29,5 milyon dollar dəyərində qeyri-neft məhsulu ixrac edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 1,6 dəfə azalma deməkdir. Bununla belə, Türkmənistan Azərbaycanın qeyri-neft ixracatında 1,68 faiz payla 10-cu sırada qərarlaşıb.
Ümumilikdə, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan dünya ölkələri ilə 24,4 milyard dollar dəyərində ticarət əməliyyatı həyata keçirib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz çoxdur. İxrac 12,878 milyard dollar, idxal isə 11,522 milyard dollar təşkil edib. Xarici ticarət dövriyyəsinin müsbət saldosu 1,356 milyard dollar olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə azdır.
Fuad Mədətov
Finss.az