BİZNES

07 Avqust

Azərbaycan qazı Avropaya: TAP qaz kəməri “Snam”a 36 milyon avro xalis gəlir qazandırıb

2025-ci ilin ilk yarısında Trans-Adriatik qaz kəməri (TAP) İtaliyanın “Snam” şirkətinə 36 milyon avro xalis gəlir qazandırıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,1% çoxdur.

Finss.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, “Snam”ın assosiasiya olunmuş şirkətlərdən əldə etdiyi ümumi 204 milyon avro xalis gəlirin 17,6 faizi TAP-ın payına düşüb. Ötən ilin birinci yarısında isə TAP-ın payı 157 milyon avro gəlirin 21%-ni təşkil edirdi.

Qeyd olunur ki, TAP Cənub Qaz Dəhlizinin mühüm hissəsini təşkil edir və Xəzər dənizindəki Azərbaycan “Şahdəniz” yatağından qazı Avropaya nəql edir. 878 kilometr uzunluğundakı qaz kəməri Yunanıstanın Kipoi qəsəbəsində TANAP-la birləşir, Yunanıstan və Albaniya ərazilərindən keçərək Adriatik dənizini aşır və İtaliyanın cənubuna qədər uzanır.