BİZNES

06 Avqust

Azərbaycana elektrik avtomobillərinin idxal həcmi və dəyəri azalıb - ÖLKƏLƏRİN SİYAHISI

2025-ci ilin ilk 5 ayında Azərbaycana 13 ölkədən 25,8 milyon ABŞ dolları dəyərində 767 ədəd yalnız elektrik mühərrikilə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib.

Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27,7 milyon ABŞ dolları və ya 2,1 dəfə, həcm baxımından isə 483 ədəd və ya 1,6 dəfə azalıb.

Azərbaycana elektrik mühərrikli avtomobillər ən çox Çindən gətirilib. Cari ilin ilk 5 ayında Çin ölkəsindən 9,4 milyon ABŞ dolları dəyərində 342 ədəd belə nəqliyyat vasitəsi idxal edilib.

İkinci yerdə Amerika Birləşmiş Ştatları durur – 274 ədəd elektromobil üçün təqribən 5 milyon ABŞ dolları sərf olunub.

Üçüncü sırada Almaniya yer alıb. Yanvar-may aylarında Almaniyadan Azərbaycana 7,4 milyon ABŞ dolları dəyərində 94 ədəd elektromobil gətirilib.

Digər ölkələr üzrə idxal göstəriciləri belədir:

Ölkə

Miqdar

Məbləğ (Min ABŞ dolları)

Koreya Respublikası

25

389,62

Yaponiya

9

164,58

Avstriya

8

1061,07

Böyük Britaniya və Şimali İrlandiyanın Birləşmiş Krallığı

5

2095,38

Meksika

4

75,6

İsveç

2

25,6

Cənubi Afrika Respublikası

1

34

Türkiyə

1

2,04

İspaniya

1

28,97

Rumıniya

1

5