2025-ci ilin iyul ayında Azərbaycanda sosial şəbəkələr üzrə istifadəçi fəallığı ilə bağlı son statistika açıqlanıb.
Finss.az “Global Stats” Statistika Mərkəzinin məlumatına əsasən xəbər verir ki, iyul ayında “Instagram” ölkədə ən çox istifadə olunan sosial platforma olub. Bu şəbəkənin bazar payı əvvəlki ayla müqayisədə 1,94 faiz bəndi artaraq 34,01 faiz təşkil edib.
İkinci pillədə “Facebook” qərarlaşıb. Platformanın istifadəsində ay ərzində 5,65 faiz bəndi artım müşahidə olunub və ümumi pay 31,73 faiz olub.
Siyahının üçüncü yerində isə “Pinterest” gəlir – bu sosial şəbəkənin bazar payı 0,08 faiz bəndi artaraq 7,06 faiz təşkil edib.
Dördüncü sırada yer alan “YouTube” platformasının payı isə 5,26 faiz bəndi azalıb və 15,31 faiz olub.
Beşinci yeri “X” (əvvəlki Twitter) tutub. Bu platformanın bazar payı iyul ayında 2,58 faiz bəndi azalaraq 7,1 faiz səviyyəsində qeydə alınıb.
“LinkedIn” isə 1,18 faizlə altıncı sırada qərarlaşıb – bu göstərici əvvəlki aya nisbətən 0,18 faiz bəndi artım deməkdir.
Digər sosial şəbəkələr birlikdə 3,61 faiz bazar payına sahib olublar.
Açıqlanan rəqəmlər Azərbaycanda sosial media istifadəçilərinin üstünlük verdikləri platformalarda ay ərzində müəyyən dəyişikliklərin baş verdiyini, xüsusilə “Instagram” və “Facebook”un populyarlığının artdığını göstərir.
Fuad Mədətov
Finss.az