BİZNES

04 Avqust

TENDER: Yük və sərnişin liftlərinə servis xidmətinin satınalınması

Azərbaycan Respublikasının Milli Hematologiya və Transfuziologiya Mərkəzi yük və sərnişin liftlərinə servis xidmətinin satın alınması məqsədilə açıq tender elan edib. Tenderin ümumi ehtimal olunan dəyəri 5 796,16 manatdır.

Müsabiqəyə əsasən, təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi 19 avqust 2025-ci il saat 11:49 təşkil edir.

Satınalma çərçivəsində aşağıdakı xidmətlər təmin ediləcək:

* Talassemia Mərkəzində 2009-cu il istehsalı olan 2 ədəd 13 nəfərlik, 1000 kq yükdaşıma qabiliyyətli liftin aylıq texniki xidməti. Servis işlərinə hər ay ən azı 2 dəfə diaqnostika, nasazlıq zamanı ehtiyat hissələrinin 200 manatadək ödənişsiz təminatı, motor və idarəetmə şkaflarının baxışı, elektrik və mexaniki hissələrin sazlanması, qapıların təmizlənməsi və nizamlanması, çalaların təmizlənməsi və digər texniki xidmətlər daxildir.

* Talassemia Mərkəzində 2007-ci il istehsalı olan 1 ədəd 8 nəfərlik, 630 kq qabiliyyətli liftin aylıq xidməti. Xidmət şərtləri yuxarıda göstərilənlərlə eynidir.

* Milli Hematologiya və Transfuziologiya Mərkəzində 2013-cü il istehsalı olan 2 ədəd 16 nəfərlik, 1250 kq qabiliyyətli liftin aylıq xidməti. Texniki xidmət şərtləri digər liftlərlə oxşardır.

Tenderdə iştirak etmək üçün təchizatçılar 11,59232 manat iştirak haqqı və 25 manat istifadə haqqı ödəməlidirlər. Qaydalar əsasında iştirak haqqı yalnız iştirakçı sayı 3-dən az olduqda geri qaytarıla bilər, digər hallarda ödəniş geri ödənilmir.

Əlavə məlumat və sənədlərlə tanış olmaq üçün aşağıdakı əlaqə vasitələrindən istifadə etmək mümkündür:

Canpolad Quliyev
Satınalma üzrə mütəxəssis
E-poçt: [[email protected]](mailto:[email protected])
Telefon: +994 51 250 70 53