BİZNES

31 İyul

TENDER: İT avadanlıqlarının satınalınması

Finss.az - Azərbaycan Respublikasının Cəlilabad Rayon Mərkəzi Xəstəxanası ümumi dəyəri 11.034,18 AZN olan İT avadanlıqlarının satın alınması ilə bağlı açıq tender elan edib. Təchizatçılar təkliflərini 26 avqust 2025-ci il saat 17:30-dək təqdim edə bilərlər. Eyni tarixdə və saatda zərflərin açılışı da həyata keçiriləcək.

Tender çərçivəsində alınacaq əsas avadanlıqlar arasında üz tanıma aparatları, müxtəlif növ printerlər, enerji təminatı üçün UPS sistemləri, şəbəkə kabelləri üçün testerlər və şəbəkə switch-ləri yer alır. Avadanlıqlar istehsalçı tərəfindən ən azı bir il zəmanət və rəsmi səlahiyyətnamə (MAF) ilə təmin olunmalıdır.

Müsabiqədə iştirak etmək istəyənlər 22,07 AZN iştirak haqqı və 25 AZN istifadə haqqı ödəməlidirlər. Bu ödənişlər geri qaytarılmır, yalnız iştirakçı sayı üçdən az olduğu hallarda iştirak haqqı istisna edilə bilər.

Satınalan təşkilatın əlaqə şəxsidir:
Aslanov Sədrəddin, Satınalma şöbəsinin müdiri
Email: [email protected]
Telefon: +994 55 418 17 66