Finss.az xəbər verir ki, İnsee milli statistika institutunun ilkin məlumatlarına görə, Fransanın ÜDM-i 2025-ci ilin ikinci rübündə əvvəlki üç ayla müqayisədə 0,3% artıb.
Trading Economics tərəfindən sorğuda iştirak edən analitiklər orta hesabla 0,1% artım proqnozlaşdırırdılar.
İllik ifadədə ÜDM artımı 0,7% təşkil edib.
İkinci rübdə ölkədə istehlak xərcləri əvvəlki ilə müqayisədə 0,1% artıb, ümumi kapital qoyuluşu isə 0,3% azalıb.
Yanvar-mart aylarında Fransa iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 0,1%, illik ifadədə isə 0,6% artıb.
İkinci rüb üzrə ölkənin ÜDM-in dinamikası ilə bağlı yekun məlumatlar avqustun 29-da açıqlanacaq.