BİZNES

30 İyul

Fransa şampan və şərabın ABŞ-ın 15% tariflərindən azad edilməsini tələb edir

Finss.az xəbər verir ki, Fransa şampan və digər şərab məhsullarını ABŞ-ın 15% rüsum tətbiq etdiyi mallar siyahısından çıxarmağa çalışır.

Qəzetin yazdığına görə, ABŞ və Avropa Birliyi arasında əldə olunan və bazar günü elan edilən ticarət razılaşması Brüssel və Parisdə hansı növ malların Amerikanın yeni rüsumlarına məruz qalan məhsulların siyahısından çıxarıla biləcəyi ilə bağlı "çaşqınlıq yaradıb".

FT-nin Aİ-dəki mənbələri əlavə edib ki, hazırda Vaşinqton və Brüssel arasında danışıqlar, o cümlədən spirtli içkilərin rüsum tətbiq edilən mallar siyahısından çıxarılması məsələsi üzrə danışıqlar davam edir.

Qəzet yazır ki, Amerika rəsmiləri spirtli içkilər və şərablar, o cümlədən şampan üçün heç bir istisna olmayacağını bildiriblər.

Digər məlumata görə, tərəflər spirtli içkilərin siyahıdan çıxarılması məsələsində irəliləyişə nail olublar, şərab məsələsi hələ də müzakirə olunur.

FT qeyd edir ki, Fransanın ixrac etdiyi spirtli içkilərin təxminən 30%-i ABŞ-a gedir. Fransanın şərablara istisna verilməsi təşəbbüsünü İtaliya da dəstəkləyib və bu, məqalədə vurğulandığı kimi, spirt ixracına görə Aİ-nin ikinci ölkəsidir.

İyulun 27-də Avropa Komissiyasının sədri Ursula von der Leyen və ABŞ prezidenti Donald Tramp Aİ-dən ABŞ-a ixrac edilən mallara 15%-lik dərəcə ilə bağlı razılaşmanı elan ediblər. Eyni zamanda, bu saziş həm bir sıra mallara “sıfır rüsum”u, həm də ABŞ-dan 750 milyard dollar dəyərində enerji və 600 milyard dollar dəyərində silah alınmasını nəzərdə tutur.