Finss.az xəbər verir ki, Amerikanın Nvidia korporasiyası Tayvanın TSMC şirkətinə 300 min H20 çipinin istehsalı üçün sifariş verib, Reuters mənbələrə istinadən xəbər verir.
Onlardan birinə görə, Çində yüksək tələbat Nvidia-nı yalnız mövcud ehtiyatlara güvənmək fikrindən əl çəkməyə məcbur edib. Hazırda H20 ehtiyatları 600-700 min çip təşkil edir.
SemiAnalysis-in məlumatına görə, Amerika şirkəti ötən il təxminən 1 milyon belə prosessor satıb.
H20, Vaşinqtonun ixrac məhdudiyyətləri səbəbindən Çin bazarı üçün xüsusi olaraq hazırlanmış flaqman Hopper AI çiplərinin "kiçildilmiş" versiyasıdır.