2025-ci ilin ilk 6 ayında Azərbaycana 72,2 milyon ABŞ dolları dəyərində mebel və onun hissələri gətirilib.
Finss.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 milyon dollar və ya 7,6% artım deməkdir.
2024-cü ilin yanvar-iyun aylarında ölkəyə 67,1 milyon dollar dəyərində mebel idxal olunmuşdu.
Hesabat dövründə mebel və onun hissələrinin ümumi idxaldakı payı 0,63% təşkil edib.
Fuad Mədətov
Finss.az