Finss.az xəbər verir ki, Samsung Electronics şirkəti Tesla Inc-ə yarımkeçirici məhsulların tədarükü üçün 16,5 milyard dollarlıq müqavilə imzalayıb.
Samsung-un sözlərinə görə, müqavilə 2033-cü ilin sonuna qədər qüvvədə olacaq.
Tesla-nın baş direktoru Elon Musk bildirib ki, yeni nəsil AI6 çipləri Texasdakı yeni zavoddan göndəriləcək.
Mask X sosial şəbəkəsində yazıb: “Bu sövdələşmənin strateji əhəmiyyətini şişirtmək çətindir”. O, həmçinin əlavə edib ki, yekun müqavilə məbləği elan edilən 16,5 milyard dollardan çox ola bilər.
Bazar ertəsi Samsung səhmləri 6,8% bahalaşıb. Bloomberg Intelligence analitiklərinin hesablamalarına görə, Tesla ilə razılaşma şirkətin çip bölməsinin illik gəlirini 10% artıracaq.