2025-ci ilin yanvar-may aylarında Azərbaycana 3 ölkədən ümumilikdə 876,8 ton Aİ-98 markalı avtomobil benzini idxal edilib.
Finss.az Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, sözügedən məhsulun ümumi dəyəri 1,075 milyon ABŞ dolları təşkil edib.
İdxal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə həm dəyər, həm də fiziki baxımdan azalıb. Belə ki, idxal dəyəri 135 min ABŞ dolları və ya 11,2%, həcm isə 110,1 ton və ya 11,1% aşağı düşüb.
2025-ci ilin ilk beş ayında Aİ-98 markalı benzinin idxal edildiyi ölkələr və müvafiq göstəricilər:
Ölkə | Miqdar (ton) | Dəyər (min ABŞ dolları) |
---|---|---|
Rusiya | 240,11 | 294,37 |
Bolqarıstan | 295,15 | 361,85 |
Rumıniya | 341,60 | 418,80 |
Qeyd edək ki, yüksək oktanlı (98 və ya daha çox) benzin idxalı əsasən premium seqmentdə istifadə olunur və qiymət baxımından daha yüksək dəyərə malikdir.
Fuad Mədətov
Finss.az