BİZNES

24 İyul

TotalEnergies ikinci rübdə xalis mənfəəti 29% azaldıb, borcu artırıb

Finss.az xəbər verir ki, Fransanın neft və qaz şirkəti TotalEnergies 2025-ci ilin ikinci rübündə xalis mənfəəti illik müqayisədə 29% azaldıb və borcunu artırıb, lakin səhmlərin geri alınması proqramını eyni səviyyədə saxlayıb.

Press-relizdə bildirilir ki, aprel-iyun aylarında xalis mənfəət ötən ilin eyni dövründəki 3,79 milyard dollara qarşı 2,69 milyard dollar təşkil edib.

Düzəliş edilmiş mənfəət bir il əvvəl 4,67 milyard dollardan 3,58 milyard dollara düşüb. Bloomberg-in sorğusuna qatılan analitiklər indikatorun 3,67 milyard dollara qədər daha mülayim azalacağını gözləyirdilər.

Düzəliş edilmiş EBITDA 11,07 milyard dollardan 9,69 milyard dollara qədər azalıb.

“TotalEnergies”in karbohidrogen hasilatı ötən rübdə 2% azalaraq sutkada 2,503 milyon barel neft ekvivalenti təşkil edib. O cümlədən, neft hasilatı 1% azalaraq sutkada 1,343 milyon barel, qaz hasilatı 4% azalaraq 1,16 milyon barel təşkil edib.

Üçüncü rübdə şirkət hasilatı təxminən 3% artırmağı planlaşdırır. 2024-cü il üçün əsaslı xərclər proqnozu 17-17,5 milyard dollar səviyyəsində saxlanılıb.

Şirkətin ikinci rüb üçün xalis borcu 29% artaraq 25,93 milyard dollara çatıb.

TotalEnergies İdarə Heyəti səhm üçün 0,85 avro aralıq dividend ödəməyi tövsiyə edib. Bu, ötən il ödənilən aralıq dividendlərdən 7,6% çoxdur. Rəhbərlik həmçinin 2 milyard dollar dəyərində səhmlərin geri alınması proqramını təsdiqləyib, proqram üçüncü rübdə qüvvəyə minəcək.