BİZNES

23 İyul

Tramp Yaponiya ilə böyük saziş imzalayıb

Finss.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Yaponiya ilə böyük razılaşma əldə etdiyini açıqlayıb.

Bu razılaşmaya Yaponiyanın ABŞ-a ixracına 15% qarşılıqlı tarif daxildir. Avtomobil tariflərinin bu səviyyəyə endirilməsi də bildirilib.

Truth Social-da yazdığı yazıda Tramp müqaviləni “bəlkə də indiyə qədər edilən ən böyük razılaşma” kimi xarakterizə edərək, Yaponiyanın ABŞ-a 550 milyard dollar sərmayə qoyacağını və ABŞ-ın “mənfəətin 90%-ni alacağını” bildirib.

Tramp bildirib ki, Yaponiya “ölkəsini ticarətə açacaq, avtomobil və yük maşınları, düyü və bəzi kənd təsərrüfatı məhsulları da daxil olmaqla müxtəlif məhsulların ticarətinə icazə verəcək”.

ABŞ prezidenti əlavə edib ki, saziş “yüz minlərlə iş yeri” yaradacaq.