Finss.az xəbər verir ki, Beynəlxalq ticarət şərtlərinin pisləşməsi nəticəsində enerjiyə tələbatın zəifləməsi ilə bağlı narahatlıqlar fonunda neft qiymətləri çərşənbə axşamı axşam enişini sürətləndirib.
Moskva vaxtı ilə saat 17:53-də Brent markalı neftin sentyabr fyuçersləri Londonun ICE Futures birjasında 0,88 dollar (1,27%) ucuzlaşaraq bir barel üçün 68,33 dollar olub. WTI markalı neftin sentyabr fyuçersləri NYMEX birjasında 0,87 dollar (1,32%) ucuzlaşaraq bir barelə görə 65,08 dollar olub.
Bundan əvvəl ticarət zamanı Brent müqavilələrinin qiyməti bir barelə görə 68,16 dollara, WTI isə 64,85 dollar/barelə enib.
Treyderlər ABŞ-a malların idxalına artan rüsumların qüvvəyə minməsi ərəfəsində Vaşinqtonun ticarət tərəfdaşları ilə danışıqlarının gedişatını izləməyə davam edir. Bazar iştirakçıları ticarət fikir ayrılıqlarının qlobal iqtisadi aktivliyi zəiflədəcəyindən və nəticədə neftə tələbatın azalacağından ehtiyat edirlər.
ABŞ-ın maliyyə naziri Scott Bessent açıq şəkildə bəyan edib ki, Vaşinqton avqustun 1-ə qədər nəzərdə tutulan müqavilələri bağlamağa tələsməyəcək. Onun sözlərinə görə, Ağ Ev üçün ticarət müqavilələrinin keyfiyyəti onların vaxtından daha vacibdir.