BİZNES

23 İyul

Azərbaycanın kartof ixracı 34% artıb

Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 27,4 milyon ABŞ dolları dəyərində 69 min ton kartof ixrac edilib.

Bu barədə Dövlət Gömrük Komitəsinin rəsmi hesabatında qeyd olunub.

Ötən ilin eyni dövrü ilə müqayisədə kartof ixracının dəyəri 34,3% və ya 7 milyon dollar, həcmi isə 43,2% və ya 20,8 min ton artım göstərib.

Cari ilin ilk yarısında kartof ixracının ümumi ixracdakı payı 0,21%, qeyri-neft sektoru üzrə ixracda isə 1,57% təşkil edib. Mütəxəssislər bu artımı ixrac bazarlarının genişlənməsi və kənd təsərrüfatında məhsuldarlığın yüksəlməsi ilə əlaqələndirirlər.