Finss.az xəbər verir ki, dünyanın ən böyük səsyazma şirkəti Universal Music Group (UMG) ABŞ-dakı səhmlərini siyahıya almaq üçün müraciət edib.
UMG-dən verilən açıqlamaya görə, səhmlər müəyyən səhmdarlar tərəfindən satılacaq. Şirkət təklifdən heç bir gəlir əldə etməyəcək.
İnvestorlara təklif ediləcək səhmlərin sayı, eləcə də qiymət diapazonu daha sonra müəyyən ediləcək”, - deyə məlumatda qeyd olunub.
UMG bu ilin yanvarında ABŞ-da siyahıya düşmək niyyətində olduğunu açıqlayıb. O zaman şirkət bildirmişdi ki, potensial yerləşdirmə zamanı investorlara amerikalı milyarder Bill Akmanın Pershing Square hedcinq fonduna məxsus səhmlərin bir hissəsi təklif olunacaq. Pershing Square-in UMG-yə ümumi investisiyası təxminən 3,3 milyard dollardır.
Yanvar ayında Universal Music, təklifi bu ilin 15 sentyabrına qədər tamamlamağı gözlədiyini söylədi.
UMG, Lady Gaga, Taylor Swift və Billie Eilish kimi ulduzların işlədiyi dünyanın ən böyük səsyazma şirkətidir. O, həmçinin Queen, The Beatles və Bob Dylan-ın musiqi əsərlərinin hüquqlarına malikdir.