Finss.az - Bu ilin yanvar-iyun aylarında Azərbaycan ilə Argentina arasında ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18,5% artaraq 44,2 milyon ABŞ dollarını ötüb.
Bu barədə Dövlət Gömrük Komitəsinin statistikasında qeyd olunur.
Hesabat dövründə Azərbaycandan Argentinaya ixrac 6 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 12 dəfəlik artım deməkdir. Eyni zamanda, Argentinadan Azərbaycana idxal 38,2 milyon dollar olub – bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% yüksəlib.
Cari ilin ilk yarısında Argentina ilə ticarət Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 0,18%-ni təşkil edib.