BİZNES

21 İyul

TENDER: Xalçaların yuyulması xidmətinin satınalınması

Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən xalçaların yuyulması xidmətlərinin satın alınması məqsədilə açıq tender proseduru elan olunub.

Finss.az xəbər verir ki, müvafiq müsabiqə “76111600 – Bina komponentlərinin təmizlənməsi xidmətləri” təsnifat kodu üzrə 115349 nömrəsi ilə qeydiyyata alınıb.

Satınalmanın ehtimal olunan dəyəri 2.993,00 AZN təşkil edir. Tenderdə iştirak etmək istəyən təşkilatlar 10 AZN iştirak haqqı, həmçinin 25 AZN istifadə haqqı ödəməlidirlər. Hər iki ödəniş məcburi xarakter daşıyır və istifadə haqqı heç bir halda geri qaytarılmır. İştirak haqqı isə yalnız tenderin baş tutmaması (təchizatçıların sayının üçdən az olması) hallarında qaytarıla bilər.

Müsabiqənin dərc tarixi 21 iyul 2025-ci il, təkliflərin təqdim olunması və zərflərin açılış tarixi isə 30 iyul 2025-ci il saat 11:00 olaraq müəyyən olunub.

Əlavə məlumat və sənədlərlə tanış olmaq üçün etender.gov.az portalında yerləşdirilmiş müsabiqə səhifəsinə baxmaq mümkündür.

Bu xidmətin satın alınması Hesablama Palatasının iş şəraitində gigiyena və səliqənin qorunmasına yönəlmiş növbəti addım kimi qiymətləndirilir.

Fuad Mədətov
Finss.az