BİZNES

21 İyul

TENDER: Möhür və ştampların alınması

Finss.az - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin tabeliyində fəaliyyət göstərən "Azərterminalkompleks" Birliyi 7 644 manat məbləğində möhür, faksimili imza və ştampların satınalınması məqsədilə açıq müsabiqə elan edib.

Müsabiqənin nömrəsi 115334, təsnifat kodları isə 44121600 (stol ləvazimatları) və 60121700 (çap işləri üçün ləvazimatlar və aksessuarlar) kimi göstərilib. Təkliflərin son təqdim olunma tarixi 1 avqust 2025-ci il, saat 17:50-dir.

Satınalan təşkilatla əlaqə üçün məsul şəxs Tural Zöhrablıdır. Ətraflı məlumat və sənədlərlə tanış olmaq üçün etender.gov.az saytına müraciət etmək mümkündür.