BİZNES

18 İyul

Azərbaycanda alkoqolsuz içkilərin istehsalı artıb

Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25 155,8 min dekalitr (dkl) alkoqolsuz içki istehsal olunub ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,8% və ya 1 369,8 min dkl çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, iyun ayında istehsal may ayı ilə müqayisədə 10,7% artaraq 5 882,0 min dkl-ə çatıb.

İyulun 1-nə hazır məhsul ehtiyatı isə 1 332,3 min dkl səviyyəsində olub.

Bu göstəricilər ölkədə alkoqolsuz içkilərə olan tələbatın artdığını və sənaye istehsalının genişləndiyini göstərir.