Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 602 min 255 ton buğda idxal edib.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə idxal olunan buğdanın ümumi dəyəri 130,7 milyon ABŞ dolları təşkil edib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə, buğda idxalının həcmi 216 min 233 ton, yəni 56%, idxal dəyəri isə 45,5 milyon dollar və ya 53,4% artıb.
Hesabat dövründə idxal olunan buğda xərcləri ölkənin ümumi idxal xərclərinin 1,1%-ni təşkil edib.
Artan idxal həcmi daxili bazarda buğda tələbatının yüksəlməsini və ərzaq təhlükəsizliyinin təminatını əks etdirir. Dövlət qurumları buğda təchizatının sabitliyinin qorunması üçün tədbirlərin davam etdirildiyini bildirir.