BİZNES

17 İyul

Azərbaycan tomat ixracını artırıb

Finss.az - 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycandan xarici ölkələrə 134 min 375,69 ton tomat ixrac olunub.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,6% və ya 20 min 128,8 ton çoxdur.

Hesabat dövründə tomat ixracından əldə olunan gəlir də artaraq 149 milyon 26 min 320 ABŞ dollarına çatıb. Müqayisə üçün bildirək ki, 2024-cü ilin ilk altı ayında bu göstərici 136 milyon 949 min 630 dollar təşkil etmişdi. Beləliklə, tomat satışından daxilolmalar 12 milyon 76 min 690 dollar və ya 8,8% yüksəlib.

Qeyd edək ki, tomat ixracı Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixrac məhsulları sırasında yer alır və illik artım bu sahənin potensialının genişləndiyini göstərir.