Finss.az - Azərbaycanın 2025-ci ilin yanvar-iyun aylarında qeyri-neft məhsullarının ixracı 1,754 milyard ABŞ dolları təşkil edib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 158 milyon ABŞ dolları və ya 9,9% ar
tım göstərib. 2024-cü ilin ilk yarısında qeyri-neft məhsullarının ixracı 1,596 milyard ABŞ dolları olub.Hesabat dövründə qeyri-neft məhsullarının əsas hissəsi Rusiya və Türkiyə bazarlarına yönəldilib. Rusiya 586,014 milyon ABŞ dolları dəyərində məhsul alaraq ümumi ixracın 33,4%-ni, Türkiyə isə 287,245 milyon ABŞ dolları ilə 16,4%-ni təşkil edib. Bu iki ölkənin payı ümumi ixracın 49,79%-ini əhatə edib.
Digər ölkələrə isə 880,806 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub ki, bu da ümumi ixracın 50,21%-ini təşkil edir.
Beləliklə, Azərbaycan qeyri-neft sektorunda ixrac potensialını artıraraq, iqtisadiyyatın diversifikasiyası istiqamətində mühüm irəliləyişlərə imza atmaqdadır.