Finss.az - "Regional Su Meliorasiya Xidməti" elektrik avadanlıqları üçün 548 min manatlıq tender elan edib
"Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi gərginlik transformatorları, vakuum açarları, paylayıcı qurğular və xətt ayırıcılarının satın alınması ilə bağlı tender elan edib.
Dövlət Satınalmaları Portalında (etender.gov.az) dərc olunan məlumata əsasən, satınalmanın ehtimal olunan məbləği 548 666,37 manat təşkil edir.
Müsabiqə üzrə sənədlərin qəbulu 8 avqust 2025-ci il saat 17:00-dək aparılacaq. Elə həmin gün saat 17:00-da da təklif zərflərinin açılması planlaşdırılıb.
Tender “Enerji kondisioner avadanlığı” kateqoriyası üzrə (Təsnifat kodu: 39121000) həyata keçirilir. Satınalmanın məqsədi təşkilatın texniki infrastrukturunun təkmilləşdirilməsi və elektrik sistemlərinin yenilənməsidir.
Əlavə məlumat üçün müsabiqənin tam detalları ilə bu link vasitəsilə tanış olmaq mümkündür.