BİZNES

16 İyul

Mis hasilatında 11 dəfədən çox artım qeydə alınıb

Finss.az - 2025-ci ilin ilk yarısında Azərbaycanda 1188,8 ton mis konsentratı hasil olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,8 dəfə və ya 1088 ton çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, yalnız iyun ayında hasilat 271,5 ton təşkil edib ki, bu da may ayına nisbətən 11,7% artım deməkdir. İyulun 1-nə olan hazır məhsul ehtiyatı isə 156,5 ton olub.